Masallıya əlavə polis qüvvələri cəlb olunub

Masallıya əlavə polis qüvvələri cəlb olunub

Masalııya əlavə polis qüvvələri cəlb olunub.
 
Maide.Az-ın əldə etdiyi məlumata görə, Masallı Şəhər Polis İdarəsi və Prokurorluğu qarşısında toplanan yerli sakinlərə zor tətbiq edilir. Bir qədər əvvəl Masallıya əlavə qüvvələr cəlb olunub və Şeyx Sərdarın həbsinə etiraz edənlərə qarşı güc tətbiq edilir. 
 
Hadisə yerində foto və video görüntülərin alınmasına imkan verilmir. Foto və video görüntülüərini çəkən şəxslər saxlanılır.
 
Qeyd edək ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Şeyx Sərdardan ruhani fəaliyyətinə, xüsusi ilə yüzlərlə insanın önündə cümə namazı qıldığına görə polisə şikayət edib. 
 
Ruhani Şeyx Sərdar Hacıhəsənlinin vəkili Cavad Cavadov müvəkkilinin durumuna dair öz sosial mediadakı səhifəsində açıqlama yayıb. "Sərdar Babayev barəsində Masallı rayon Məhkəməsinin bu günkü qərarı ilə həbs qətimkan tədbiri seçilib, hansı müddətə sabah biləcəm".

 

Google+ WhatsApp ok.ru