Masazırda 4 yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq ölüb

Bakıda 4 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. Maide.az-ın DİN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə Abşeron rayonunun Masazır qəsəbəsi “Yeni Bakı” yaşayış sahəsində qeydə alınıb.
4 yaşlı Zəhra Bağırova yaşadığı evin eyvanından (12 mərtəbəli binanın 6-cı mərtəbəsindən) yıxılıb və ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Google+ WhatsApp ok.ru