Masazırda tikinti şirkəti qaz xəttini zədələdi, 3 minə yaxın abonent qazsız qaldı

Masazırda tikinti şirkəti qaz xəttini zədələdi, 3 minə yaxın abonent qazsız qaldı

"Azəriqaz" İstehsalat Birliyi Abşeron rayonunun bəzi ərazilərində qazın verilişinin dayandırılmasının səbəblərini açıqlayıb.

 
“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, yanvarın 7-də Masazır qəsəbəsi ərazisində, “Əlincə” otelinin yanında qazıntı işləri aparılan zaman Mənzil Tikinti Kooperativlərindən (MTK) birinin əməkdaşı diametri 200 mm olan yeraltı polietilen qaz xəttini zədələyib. Nəticədə 3 minə yaxın abonentin qaz təchizatında fasilə yaranıb. Təmir işləri başa çatandan sonra təkrar qaz sızması aşkarlanıb.
 
Qaz xəttinin təhlükəsiz formada istismara qaytarılması üçün yenidən müvafiq işlərin icrasına başlanılıb. Səhər saatlarından “Azəriqaz” İB-nin əməkdaşları hadisə yerinə cəlb olunub.
 
Qaz təchizatının yaxın saatlarda bərpa olunacağı gözlənilir.
 
Məlumatda bildirilir ki, qaz təminatındakı fasilələr əsasən Abşeron rayonunun Xırdalan şəhəri, həmçinin, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək və Çiçək qəsəbələri ərazisində müşahidə olunacaq. 

Google+ WhatsApp ok.ru