Masazır küçələri zibillə doludur... 

Masazır küçələri zibillə doludur... 

Redaktor.az” isə Bakının Masazır qəsəbəsindəki natəmizlikdən yazır. “Masazır küçələri zibillə doludur... - Bələdiyyə nə işlə məşğuldur? deyə müəllif sual ünvanlayır.

 
Müəllif iddia edir ki, son zamanlar qəsəbə küçələrində üfunət iyindən dayanmaq mümkün deyil, buna səbəb isə həftələrlə zibillərin ərazidən daşınmamasıdır.
 
Yazı müəllifi deyir ki, qəsəbə bələdiyyəsinin əməkdaşları hər ay qapı-qapı düşüb 4 manat yığırlar ki, zibili həftədə 3 dəfə aparacağıq, amma artıq iki həftədir deyilən sözə əməl edilmir.
 
Müəllif deyir ki, hətta qəsəbənin bəzi küçələrində şikayətlər də olub, bələdiyyə öz işini yerinə yetirməməkdə təqsirləndirilib.
 
Sakinlər indiki pandemiya şəraitində natəmizlikdən daha çox ehtiyat edirlər ki, bu da əlavə xəstəlik mənbəyinə dönə bilər. Sakinlər deyirlər ki, bələdiyyələrə müraciət etsələr də tədbir görən olmayıb.
 
Masazır kənd İcra nümayəndəliyinin təmsilçiləri isə məsələnin araşdırılacağını və qısa zamanda ərazidən zibillərin təmizlənəcəyini bildirib.
 
Amma qəsəbə küçələrinin sakinləri şikayətlərini davam etdirirlər.
 
İcra nümayəndəliyindən bildiriblər ki, bələdiyyəyə verilən texnikanın az sayda olması problem yaradır, amma bu qəsəbənin natəmiz saxlanmasına əsas vermir.
 

Google+ WhatsApp ok.ru