Master Card şəriət normaları üzrə valyuta ödənişlərinə liderlik edir

Elektron pul köçürmə xidmətlərinin reytinqi ölçmək üzrə ixtisaslaşmış "Nelson" firması 2014-cü il üzrə hesabatını açıqlayıb. Maide.az xəbər verir ki, hesabata əsasən dünyada elektron pul köçürmələri üzrə reytinqin ilk altılığı belə sıralanıb:
 
1. American Express
2. Diners Club
3. JCB 
4. MasterCard 
5. UnionPay 
6. Visa.
 
Hesabata görə, 2014-cü ildə təkcə Asiya və Sakit Okean hövzəsi üzrə pul köçürmələrinin ümumi məbləği 380 milyard 920 milyon (380.920.000.000) dollar olub. Hesabatda qeyd olunur ki, ötən il MasterCard daha çox İslam şəriətinə əsaslanan maliyyə xidmətləri göstərməklə İslam maliyyəsi və infrastruktur layihələri üzrə fəaliyyətini genişləndirib. Bununla da şirkət bu sahədə xeyli önə çıxaraq lider mövqeyinə yiyələnib.   /

Google+ WhatsApp ok.ru