Mavritaniyada şiəliyə qarşı kompaniya başlatmaq istəyirlər

Mavritaniyanın paytaxtı Nuakşot mərkəz məscidinin imamı Şeyx Mahfuz İbrahim Fal ölkədə şiəliyin sürətlə yayıldığından narahat olduğunu bildirərək, dövlət rəsmilərindən şiəliyin irəliləyişini dayandıracaq qanunlar çıxarmalarını istəyib.
 
Maide.az xəbər verir ki, Şeyx Mahfuz şiəliyin böyük bir təhlükə olduğunu deyərək, onun Mavritaniyanın təhlükəsizliyini təhdid etdiyini söyləyib.
 
Mavritaniya Mərkəz Məscidi imamı və ölkədəki digər radikal şəxslərin bu qəzəbinin əsl səbəbi isə tamam başqa məsələdir. Belə ki, şiə şəxsiyyətlərdən olan Məhəmməd Kansunun bu ölkəyə olan səfəri vəhhabi-sələfi qruplaşmasının narahatlığına səbəb olub. Məhəmməd Kansu Mavritaniyada bir Quran məktəbi açıb. Bu məktəbin açılışından sonra ölkədəki radikallar şeyxi təhdid etməyə başlayıblar və onun Mavritaniya şiə şəxsiyyətlərlə görüşməsinə icazə verməyiblər.
 
Şeyx Kansu bu təhdidlər qarşısında bəyanat verib: "Mavritaniyada birinin şiə olması və ya şiəliyə üz tutması onun təhlükə təşkil etməsinə yol açmır. Mavritaniyada bir qrup insan hənəfi, bir təbəqə şafei və bir qrup da şiələridirlər. Çünki bu ölkədə din və məzhəb azadlığı vardır. Ayrıca, şiələr dünyanın heç bir yerində insanlıq üçün təhlükə deyil."

Google+ WhatsApp ok.ru