Mavritaniya sahillərində miqrantlardan ibarət gəmi batıb, 57 nəfər ölüb

Mavritaniya sahillərində miqrantlardan ibarət gəmi batıb, 57 nəfər ölüb

Qanunsuz miqrantların olduğu gəmi Mavritaniyanın ərazi sularında batıb.
 
Maide.Az "Aanadolu" agentliyinə istinadla xəbər verir ki, Mavritaniya hakimiyyətinin məlumatına görə qəzadan sonra 74 nəfəri xilas etmək mümkün olub, 57 nəfər ölüb.
 
Gəmi İspaniyaya doğru hərəkət edirmiş və Mavritaniyanın şimal-qərbindəki Nuadibu liman şəhərindən 25 kilometr məsafədə batıb.
 
Xilas edilmiş miqrantlar müvəqqəti qaçqın mərkəzlərinə yerləşdirilib. Onlara tibbi yardım göstərilib.
 
Mavritaniya, Avropaya getmək istəyən qanunsuz miqrantlar üçün əsas Afrika yollarından biri hesab olunur.

Google+ WhatsApp ok.ru