May ayında cəbhədə atəşkəs 2902 dəfə pozulub

May ayında cəbhədə atəşkəs 2902 dəfə pozulub

-- Bir əsgərimiz şəhid olub

 May ayında erməni silahlı bölmələri atəşkəs rejimini 2902 dəfə pozub.

 
Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında aparılan monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
 
Azərbaycan Silahlı Qüvvələrinin Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Ağstafa və Göygöl rayonlarında yerləşən mövqeləri erməni silahlı bölmələrinin atəşinə məruz qalıb. May ayında bütün cəbhə boyu əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altında olub.
 
Bu ay Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.(APA)
 

Google+ WhatsApp ok.ru