May ayında əlamətdar İslami günlər

01 may - 12 rəcəb - hicri 36-cı il Həzrət Əli (ə) Kufə şəhərinə daxil olmuş və buranı xilafətin paytaxtı kimi müəyyənləşdirmişdir. 
 
02 may - 13 rəcəb - hicrətdən 23 il öncə Məkkə şəhərində, Kəbə evində Əmirəlmöminin Həzrət Əli (ə) dünyaya gəlmişdir.
 
04 - may - 15 rəcəb - Həzrət Zeynəbin (s.ə) vəfatı
 
04 - may - 15 rəcəb - Müsəlmanların qibləsinin Beytül-Müqəddəsdən Kəbəyə çevrildiyi gün
 
08 may - 19 rəcəb - 9-cu hicri ilində, Təbuk qəzvəsi baş vermişdir. Gənc İslam qoşunu, Rum imperiyasının təcavüzünün qarşısını almaq üçün, Rəsuli-Əkrəmin (s) başçılığı altında, Mədinə şəhərindən Ərəbistan yarımadasının şimalınadək yürüş etmiş,  İslamın qüdrət və əzəmətini bütün ərəb tayfalarına nümayiş etmişdi.
 
09 may - 20 rəcəb - 13-cü hicri ilində müsəlman mücahidlərilə Rum imperiyası arasında Yərmuk döyüşü baş vermişdir.
 
13 may - 24 rəcəb - 7-ci hicri ilində, mühüm strateji əhəmiyyətə malik olan Xeybər qalası müsəlmanlar tərəfindən fəth edilmişdir.
 
14 may - 25 rəcəb - hicri 183-cü ildə, müsəlmanların 7-ci İmamı - Həzrət Museyi-Kazım (ə), dövrün xəlifəsi qəsbkar Harun-ər-Rəşid tərfindən zəhərlənərək, şəhadətə yetişmişdir. Mübarək hərəmi Kazimeyn şəhərindədir. İmamı (ə) ziyarət etməyə əli çatmayanlar, onun qızlarının Vətənimizdə - Nardaranda və Bibi-Heybətdə olan məqbərələrini ziyarət edə bilərlər.
 
16 may - 27 rəcəb - hicrətdən 13 il öncə - Həzrət Muhəmməd ibn Abdullaha (s) peyğəmbərliyin verilməsi günü - Məbəs günüdür. Bu gündə oruc tutmaq çox müstəhəbdir. 
 
17 may - 28 rəcəb - hicrətin 60-cı ilində İmam Hüseyn (ə) Mədinədən Məkkəyə doğru hərəkət etmişdir. Bu - Aşura salnaməsi ilə sonlanan, xilafəti qəsb etmiş zalım Yezid istibdadına qarşı mübarizə hərəkatının başlanğıcı idi. Azsaylı tərəfdarları ilə İslamı yaşadan, zülmə, rəzilliyə lyox!» deyən İmam Hüseyn (ə), bu yenilməz mübarizəsilə misilsiz qəhrəmanlıq məktəbinin əsasını qoymuşdur.
 
22 may - 3 şaban - İmam Hüseynin (ə) mövludu 
 
23 may - 4 şaban - Həzrət Abbasın (ə) mövludu
 
24 may - 5 şaban - İmam Zeynalabdinini (ə) mövludu
 
30 may - 11 şaban - Həzrət Əli Əkbərin mövludu

Google+ WhatsApp ok.ru