Mayın 1-dən avtomobillərin parklanmasına görə cərimə bərpa ediləcək

Mayın 1-dən avtomobillərin parklanmasına görə cərimə bərpa ediləcək

Bakı Nəqliyyat Agentliyi mayın 1-dən avtomobillərin parklanması qaydalarına əməl etməyən sürücülərin cərimələnməsini bərpa edəcək.
 
Bu barədə agentliyin 28 aprel tarixli məlumatında bildirilir. Qeyd olunur ki, buna səbəb aprelin 27-dən karantin rejiminin yumuşaldılması, eləcə də bəzi xidmət və iş yerlərinin fəaliyyətinin bərpa olunması ilə əlaqədar küçələrdə nəqliyyat vasitələrinin və piyadaların intensivliyinin artmasının müşahidə olunmasıdır.
 
Bəzi ərazilərdə dayanma-durma və parklanma qaydalarının pozulması avtomobillərin, eyni zamanda piyadaların hərəkətində maneələr yaradır, bəzi hallarda isə nəqliyyat sıxlığına gətirib çıxarır.
 
“Qeyd olunanları nəzərə alaraq, mayın 1-dən dayanma-durma və parklanma qaydalarının pozulması nəticəsində problemlər müşahidə olunan ərazilər nəzarətə götürüləcək və inzibati xəta törədən sürücülərə qarşı müvafiq tədbirlər görüləcək”, - məlumatda bildirilir.
 
Bakı Nəqliyyat Agentliyi sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə çağırır.

Google+ WhatsApp ok.ru