Mazandaranda 4,2 bal gücündə zəlzələ baş verib

Mazandaranda 4,2 bal gücündə zəlzələ baş verib

İran Xəzər dənizi sahilində yerləşən Mazandaran əyalətində nisbətən güclü zəlzələ baş verib.
 
Maide.Az xəbər verir ki, Mazandaran əyalətinin Neka şəhərində qeydə alınan yeraltı təkanların gücü 4,2 bal təşkil edib.
 
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
 
Yeraltı təkanlar bölgədə təşvişə səbəb olub, sakinlər evlərini tərk edərək küçələrə çıxıblar.
 
Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib. 
 

Google+ WhatsApp ok.ru