Mübarək Ramazan ayında Beynəlxalq Quran-Kərim sərgisi keçiriləcək

Mübarək Ramazan ayının ilk on günlüyündə Tehranda 23-cü Beynəlxalq Quran-Kərim Sərgisi keçiriləcək.
Maide.az xəbər verir ki, Quran sərgisi  Ramazan ayının gecələri saat 19:00-dan 24:00-a qədər müxtəlif proqramlarla fəaliyyət göstərəcək. 
Sərgidə iştirak edən ölkələr Quran mədəniyyətinin genişlənməsi üçün öz  məhsullarını təqdim edəcək.  Sərgi hər gecə iftar süfrəsi ilə başlanacaq və maraqlananlar gecə yarısına qədər sərginin  beynəlxalq, rəqəmsal, incəsənət, universitet, uşaq, yeniyetmə və Quran xadimləri bölmələrinə baxış keçirə biləcəklər.  
Quran sərgiləri İranın paytaxtı Tehrandan başqa bu ölkənin daha 30 vilayətində də keçiriləcək./
 

Google+ WhatsApp ok.ru