MÜBARƏK RAMAZAN AYININ 2-Cİ GÜNÜNÜN DUASI - AUDIO

Namaz vaxtları

Bakıda imsak saat 03:10-da, iftar isə saat 20:25-dədir.

 

اَللّـهُمَّ قَرِّبْني فيهِ اِلى مَرْضاتِكَ، وَجَنِّبْني فيهِ مِنْ سَخَطِكَ وَنَقِماتِكَ، وَوَفِّقْني فيهِ لِقِرآءَةِ ايـاتِكَ بِرَحْمَتِكَ يا اَرْحَمَ الرّاحِمينَ

Duanın oxunuşu: Əllahummə qərribni fihi ila mərzatik, və cənnibni fihi min səxətikə və nəqimatik, və vəffiqni fihi liqiraəti ayatik, birəhmətikə ya ərhəmər-rahimin.

Duanın tərcüməsi: İlahi, Öz rəhmətinlə məni bu gün razı olduğun əməllərə yaxınlaşdır, məni Öz qəzəbindən və əzabından uzaqlaşdır və məni Quran ayələrini oxumağa nail et, ey rəhm edənlərin ən rəhmlisi!

İFTAR DUASI

للَّهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي

Duanin oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl məğfirəti iğfir li.

 

Duanın tərcüməsi: İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar edib Sənə təvəkkül edirəm. Ey geniş bəxşiş sahibi, mənim günahlarımı bağışla!

 


Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz

2-ci gün - 4 rukət (Hər rukətdə 1 Həmd, 20 Qədr)

 

Google+ WhatsApp ok.ru