MÜBARƏK RƏCƏB AYININ BİRİNCİ GECƏSİNİN ƏMƏLLƏRİ

MÜBARƏK RƏCƏB AYININ BİRİNCİ GECƏSİNİN ƏMƏLLƏRİ

-- İlahi, əgər Sənə itaət etsəm...

Rəcəb ayı hicri-qəməri aylarının yeddincisidir. İlahi övliyaların bayramı, Allahla raz-niyazın baharı və “istiğfar” ayıdır. Bu ayın birinci gecəsi  çox şərafətli gecədir və həmin gecə bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur:

1. İslam Peyğəmbərindən (s) nəql olunur ki, Rəcəb ayının ayını gördüyün zaman belə de:

اللَّهُمَّ بَارِكْ لَنَا فِى رَجَبٍ وَ شَعْبَانَ وَ بَلِّغْنَا شَهْرَ رَمَضَانَ وَ أَعِنَّا عَلَى الصِّيَامِ وَ الْقِيَامِ وَ حِفْظِ اللِّسَانِ وَ غَضِّ الْبَصَرِ وَلا تَجْعَلْ حَظَّنَا مِنْهُ الْجُوعَ وَ الْعَطَشَ

Əllahummə barik ləna fi rəcəbin və şə`ban, və bəlliğna şəhrə rəməzan, və əinna ələs-siyami vəl qiyam, və hifzil-lisani və ğəzzil-bəsər, və la təc`əl həzzəna minhul cuə vəl ətəş.

“İlahi, Rəcəb və Şaban ayında bizə bərəkət ver, bizi Ramazan ayına çatdır, bizə oruc tutmaq, gecəni oyaq qalıb ibadətlə keçirmək, dilimizi (yersiz sözlərdən) qorumaq, gözümüzü (haram baxışlardan) saxlamaq üçün kömək et və bizim bu aydan bəhrəmizi yalnız ac və susuz qalmaqda qərar vermə!”

2. Qüsl etmək: İslam Peyğəmbərindən (s) nəql olunur ki, hər kim Rəcəb ay‎nın əvvəlində, ortas‎nda və sonunda qüsl etsə, anadan yeni doğulmuş uşaq kimi günahları‎ bağış‎lanar.

3. İmam Hüseyni (ə) (yaxından və yaxud uzaqdan) ziyarət etmək.

4. Məğrib (şam) namazından sonra iyirmi (iki-iki) rükət namaz qılmaq; belə ki, hər rükətdə “Həmd” surəsini oxuduqdan sonra “İxlas” surəsini oxunur.

5. İşa namazından sonra iki rükət namaz qılmaq; belə ki, birinci rükətdə “Həmd” surəsindən sonra bir dəfə “İnşirah” surəsini, üç dəfə “İxlas” surəsini, ikinci rükətdə “Həmd”, ”İnşirah”, ”İxlas”, ”Fələq” və “Nas” surələri oxunur. Salamdan sonra isə otuz dəfə “La ilahə illəllah” və otuz dəfə salavat deyilir.

6. Kəfəminin “Misbah” kitabında gətirdiyi hədisə əməl etmək. Hədis belədir; Əbülbuxturi Vəhəb ibn Vəhəb imam Sadiqdən (ə), o da Əmirəlmöminin Əlidən (ə) nəql edir ki, o həzrət bütün il boyu dörd gecə hər şeydən əl götürüb, ehya saxlayar və ibadətlə məşğul olardı‎. Rəcəb ay‎n‎n birinci gecəsi, Şaban ay‎n‎n on beşinci gecə, “Fitr” və “Qurban” bayramlar‎n‎n gecələrini. İmam Cavadı‎n (ə) belə buyurduğu nəql olunur: “Bu duanı‎ Rəcəb ay‎nını‎n ilk gecəsində “İşa” namazı‎ndan sonra oxumaq müstəhəbdir:

Əllahummə inni əs`əlukə biənnəkə məlik, və ənnəkə əla kulli şəy`in muqtədir, və ənnəkə əla ma təşau min əmrin yəkun. Əllahummə inni ətəvəccəhu iləykə binəbiyyikə Muhəmmədin nəbiyyir-rəhməh, səlləllahu ələyhi və alih, ya Muhəmmədu ya rəsuləllah, inni ətəvəccəhu bikə iləllahi rəbbikə və rəbbi, liyuncihə bikə təlibəti. Əllahummə binəbiyyikə Muhəmmədin vəl-əimməti min əhli-bəytih, səlləllahu ələyhi və ələyhim əncih təlibəti.

“İlahi, Səndən istəyirəm ki, həqiqətən, Sən hakimsən, hər bir şeyə qadirsən və istədiyin hər bir işi yerinə yetirirsən! İlahi, rəhmət peyğəmbəri olan Mühəmməd peyğəmbərin (Allahın salamı olsun ona və onun Əhli-beytinə) vasitəsilə Sənə üz tutmuşam! Ey Allahın Rəsulu, mənim və sənin Rəbbin olan Allahın dərgahında sənə üz tutmuşam ki, sizin vasitənizlə hacətim rəva olunsun! İlahi, peyğəmbərin Mühəmməd və onun Əhli-beytindən olan imamlara (Allahın salamı olsun ona və onlara) xatir, hacətimi rəva et!”

Sonra öz hacətlərini istə!

8. Əli ibn Hədid imam Kazimin (ə) gecə namazından sonra səcdədə bu duanı oxuduğunu nəql edir:

“Ləkəl məhmidətu in ətə`tukə və ləkəl huccətu in əsəytuk, la sun`ə li və la liğəyri fi ihsanin illa bik, ya kainu qəblə kulli şəy`, innəkə əla kulli şəy`in qədir. Əllahummə inni əuzu bikə minəl ədiləti indəl məvt, və min şərril mərcii fil quburi və minən-nədaməti yəvməl azifəh, fəəs`əlukə ən tusəlliyə əla Muhəmmədin və ali-Muhəmməd, və ən təc`ələ əyşi işətən nəqiyyətən və mitəti mitətən səviyyəh, və munqələbi munqələbən kərimən ğəyrə muxzin və la fazih. Əllahummə səlli əla Muhəmmədin və alihil əimməti yənabiil hikməti və ulin ni`məh, və məadinil isməh, və`simni bihim min kulli suin və la tə`xuzni əla ğirrəh, və la əla ğəfləh, və la təc`əl əvabiqə ə`mali həsrətən vərzə ənni, fəinnə məğfirətəkə liz-zalimin, və ənə minəz-zalimin. Əllahumməğfir li ma la yəzurrukə və ə`tini ma la yənqusukə, fəinnəkəl vəsiu rəhmətuhul bədiu hikmətuh, və ə`tinis-səətə vəd-dəətə vəl əmnə vəs-sihhəh, vəl buxuə vəl qunuə vəş-şukrə vəl-muafah, vət-təqva vəs-səbrə vəs-sidqə ələykə və əla əvliyaik, vəl yusrə vəş-şukr, və`mum bizalikə ya rəbbi əhli və vələdi və ixvani fikə, və mən əhbəbtu və əhəbbəni və vələdtu və vələdəni minəl musliminə vəl mu`minin, ya rəbbəl-aləmin.

“İlahi, əgər Sənə itaət etsəm, həmd-səna Sənə məxsusdur. Əgər Sənə asi olsam, höccət Sənindir (mənim Sənin dərgahında bir bəhanəm yoxdur). Sən istəməsən, yaxşılıq üçün (öz xeyrimə) nə mənim, nə də başqasının əlindən bir iş gəlməz. Ey hər bir şeydən öncə mövcud olan, ey hər bir şeyi vücuda gətirən, həqiqətən, Sən hər bir şeyə qadirsən! İlahi, ölüm ayağında inhirafa yuvarlanmaqdan, qəbrə qayıdan şərdən və qiyamət gününün peşmançılığından Sənə pənah gətirirəm! Səndən istəyirəm ki, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetirəsən, həyatımı pak-pakizə, ölümümü mötədil, qayıdış mənzilimi xar və rüsvayçılıq deyil, şərafətli qərar verəsən. İlahi, Mühəmməd və onun Əhli-beytinə – imamlara, hikmət qaynaqlarına, nemət sahiblərinə və ismət mədənlərinə salam yetir, onların vasitəsilə məni hər bir pislikdən qoru və qürur və qəflət halında tutma, əməllərimin sonunu əfsus və həsrət qərar vermə və məndən razı ol ki, həqiqətən, Sənin əfv və güzəştin zalımlara aiddir və mən də zalımlardanam! İlahi, Sənə zərər yetirməyən günahlarımı bağışla, məni azalmayan rəhmətinə şamil et ki, həqiqətən, Sənin rəhmətin geniş və sonsuz, hikmətin misilsizdir. Məni firavanlıq, rahatlıq, əmin-amanlıq, sağlamlıq, təvazökarlıq, qənaət, minnətdarlıq, afiyət, təqva, səbir, Sənə və dostlarına qarşı sədaqət, asanlıq və şükür əta et! Ey mənim Rəbbim, (dediklərimdə) əhli-əyalımı, övladlarımı, din qardaşlarımı, istədiklərimi və məni istəyənləri, müsəlman və möminlərdən olan nəslimi və keçmiş əcdadımı mənimlə şərik et, ey aləmlərin Rəbbi!”

(Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Rəcəb ayının əməlləri” bölümü.)

Rza Şükürlü

 

Google+ WhatsApp ok.ru