Mübarək Ramazan ayında yuxu necə tənzimlənməlidir?

Mübarək Ramazan ayında yuxu necə tənzimlənməlidir?

Mübarək Ramazan ayı ərzində yuxu rejimində nələrə diqqət yetirmək lazım olduğunu heç bilirsiniz?
 
Aparılan araşdırmalar nəticəsində yay aylarında yuxu müddətinin 2 saat qısaldığı bildirilir. Məhz bu səbəbə görə, Ramazan ayında oruc tutan insanların yuxu sistemlərində də dəyişikliklər baş verəcəyi labüddür. Obaşdana qalxan insanların yuxuya getmə müddəti uzanır və ümumi yuxu müddəti isə qısalır. Gecə yuxusunda meydana gələn mənfi dəyişikliklər səbəbi ilə insanlar səhərlər yorğun olaraq oyanırlar. Yuxu həyatın tənzimlənməsinə təsir göstərir.
 
Deyerler.org-un verdiyi xəbərdə, Ramazan ayında oruc tutan insanların yuxu qaydalarında müəyyən dəyişikliklərin baş verdiyi üçün yuxunun tənzimlənməsi barədə mütəxəssislərin bir sıra tövsiyyələri qeyd olunub.
 
Bunun üçün Ramazan ayında yuxu rejimində edilməli olan dəyişikliklər aşağıdakı kimidir:
Ramazanda obaşdandan sonra yatmamağa səy göstərilməlidir. Obaşdandan sonra yatıb yenidən qalxdıqda bütün ritm pozulur.
Daha yüngül yemək yeyilməsinə üstünlük verilməlidir.
İftardan sonra və yatmazdan qabaq ən azı bir saat dincəlmək lazımdır.
İftar vaxtından sonra təhrikedici xüsusiyyəti olan çay, qəhvə və siqaret istehlakında həddindən artıq çəkinmək lazımdır.
Xüsusilə, bitki çayları istehlakına üstünlük verilməlidir. (deyerler) /

Google+ WhatsApp ok.ru