Mübarək Üçaylıq ərəfəsində İmam Rzanın (ə) pak qəbrinin tozu alındı

Mübarək Üçaylıq ərəfəsində İmam Rzanın (ə) pak qəbrinin tozu alındı

Məşhəddə Qüds Rəzəvi ostanında Həzrət İmam Rzanın (ə) qəbrinin tozunun alınması mərasimi keçirilib.
 
Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, Mübarək Üçaylıq (Rəcəb, Şaban və Ramazan ayı) ərəfəsində keçirilən mərasim xüsusi dua mərasimi ilə baş tutub.
Daha sonra Məşhəd şəhərinin imam cüməsi Ayətullah Ələm Əl-Hoda, Vəliyi Fəqihin Ərdəbil vilayəti üzrə nümayəndəsi və Ərdəbilin imam cüməsi Ayətullah Seyid Həsən Amuli, Ayətullah Murtəzəvi və Qüds Rəzəvi ostanının rəhbəri Seyid İbrahim Raisi İmam Rzanın (ə) pak qəbrinin tozunu almaq üçün zərihin içinə daxil olublar.
 
Xüsusi mərasimlə başlayan qəbrin tozalma mərasimində Vəliyi Fəqihin nümayəndələri, Xorasan vilayətinin rəsmiləri, hökumət işçiləri, hökumət və ordu rəsmiləri şəhid ailələri və qazilər iştirak ediblər.
 
Quran ayələrinin tilavəti, xüsusi dualar və ziyarətnamələrin oxunuşu ilə keçirilən mərasimdə Həzrət İmam Rzanın (ə) mübarək qəbrinin tozu alınıb və qəbrin örtüyü yenisi ilə əvəzlənib.
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru