Mübarək Ramazan ayı təqvimi və duaları - 29-cu günün duası (VİDEO)

Mübarək Ramazan ayı təqvimi və duaları - 29-cu günün duası (VİDEO)

Bakıda sübh azanı saat 03:38-də, axşam azanı isə saat 20:13-dədır.
 
اللَّهُمَّ غَشِّنِي فِيهِ بِالرَّحْمَةِ وَ ارْزُقْنِي فِيهِ التَّوْفِيقَ وَ الْعِصْمَةَ وَ طَهِّرْ قَلْبِي مِنْ غَيَاهِبِ التُّهَمَةِ يَا رَحِيما بِعِبَادِهِ الْمُؤْمِنِينَ
 
Duanın oxunuşu: Əllahummə ğəşşini fihi bir rəhməh, vərzuqni fihit təvfiqə vəl isməh, və təhhir qəlbi min ğəyahibit tuhəməh, ya rəhimən biibadihil mu`minin.   
 
Duanın tərcüməsi: İlahi, bu gün məni Öz rəhmətinlə əhatə et, mənə uğur və paklıq nəsib et, qəlbimi şübhəli işlər və töhmətli əməllərdən təmizlə, ey mömin bəndələrinə rəhm edən Allah! 
 
İFTAR DUASI
 
اللَّهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي
 
Duanın oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl məğfirəti iğfir li.
 
Duanın tərcüməsi: İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar edib Sənə təvəkkül edirəm. Ey geniş bəxşiş sahibi, mənim günahlarımı bağışla!
 
 
Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz
29-cu gün - 2 rukət (Hər rukətdə 1 Həmd, 20 İxlas)
 
 
 
 

Google+ WhatsApp ok.ru