Mübariz Qurbanlı: `Ailə qurarkən dini ehkamdan sui-istifadə etmək doğru deyil`

"Ailə qurarkən hər hansı dini ehkamı ortaya qoyaraq bundan sui-istifadə etmək doğru deyil".
 
Maide.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı
bu gün jurnalistlərə açıqlamasında deyib.
 
M.Qurbanlı qeyd edib ki, ailə institutunun daha da möhkəmləndirilməsi üçün cəmiyyətdə din-ailə münasibətləri geniş şəkildə müzakirə edilməlidir: "Bəzi yerlərdə erkən yaşda ailə qurmağa sövq edilirlər. Təbii ki, burada təşviqata yer verilir. Ona görə də bunu hər hansı formada bəziləri dinlə bağlamaq istəyirlər. Biz vətəndaşlarımıza izah etməliyik ki, ailə qurmaq hüquqi məsələdir və dövlətin müəyyən etdiyi qanunlarla tənzimlənməlidir. Bu məsələlərdə hər hansı dini ehkamı ortaya qoyaraq bundan istifadə etmək doğru olmazdı".
 
Onun sözlərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə tədbirlər planına əsasən, bu istiqamətdə işlər görüləcək./Trend/

Google+ WhatsApp ok.ru