Möcüzəvi bitkidən hazırlanan müalicəvi mürəbbə 03 Oktyabr 2017 01:00 Sağlamlıq Gəndalaş bitkisinə Azərbaycanın bütün regionlarında rast gəlmək mümkündür. Biz sizə qara gəndalaş bitkisindən hazırlanan mürəbbəni təqdim edəcəyik. Gəndalaş bitkisi bir çox xəstəliklərin dərmanı hesab edilir. Son zamanlar gəndalaşdan xərçəng xəstəliyinin müalicəsi üçün də istifadə olunur. Bu bitkinin 25-ə yaxın kol, çox da böyük olmayan ağac və nadir çoxillik ot növləri var. Gəndalaş mürəbbəsi qripin, soyuqdəymənin dərmanıdır və oynaq ağrılarının aradan qaldırılmasına kömək edir. Sözügedən mürəbbənin bişirilmə qaydası haqqında məlumatı bizə Xuraman Zeynalova verir. Gəndalaş mürəbbəsini hazırlamaq üçün lazım olan ərzaqlar: — Gəndalaş bitkisi — Şəkər tozu — Su Əvvəlcə gəndalaş bitkisi yığılır, yuyulur və aşsüzənə tökülür. Suyu süzüləndən sonra lay-lay şəkər tozu ilə birlikdə bişiriləcək qabın içinə tökülür və bişirilir. (sputnik) Teqlər : #Möcüzəvi bitkidən hazırlanan müalicəvi mürəbbə, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Limon qabıqlarını ayaqqabının içinə qoyun və... – SADƏ ÜSULLAR Süd vəzi xərçəngindən ölüm halları 40 faiz azalıb
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir