Müdafiə nazirlərinin Naxçıvandakı görüşündə müzakirə olunacaq məsələlər açıqlanıb

 “Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşünün keçirilməsinə xeyli vaxt  əvvəldən hazırlıq başlanıb. Bu, üç nazirin ilk rəsmi görüşü olacaq”.

 APA-nın xəbərinə görə, bunu Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin sabah  Naxçıvanda keçiriləcək görüşü barədə danışan Gürcüstanın müdafiə naziri İrakli Alasaniya deyib.

 Gürcüstan müdafiə nazirinin sözlərinə görə, görüşdə xüsusi hərbi vəziyyətlərdə ölkələrin  kommunikasiya infrastrukturunun mühafizəsi barədə müzakirə aparılacaq. Həmçinin neft-qaz  kəmərlərinin, dəmir yolu, rabitə infrastrukturunun mühafizəsi ilə bağlı tədbirlər planı müzakirə  olunacaq. Görüşdə tədbirlər planının həyata keçirilməsi üçün razılaşma sazişinin imzalanması da  nəzərdə tutulub.

 Nazir bildirib ki, bu cür əməkdaşlıq regionda sabitliyin qorunması və gücləndirilməsi üçün əlavə  istinad nöqtəsidir.

 Qeyd edək ki, avqustun 18-də Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin  görüşü keçiriləcək. /

Google+ WhatsApp ok.ru