Müdafiə Nazirliyi: 12 illik təhsilə keçidlə bağlı “Hərbi xidmət haqqında” əsasnaməyə yenidən baxıla bilər 28 Mart 2016 01:00 Hərb "Təhsil Nazirliyində 12 illik ümumi təhsilə keçidlə bağlı müzakirələr davam etdirildiyindən və bu sahədə gələcəkdə qanunvericilikdə dəyişikliklərin olduğu halda hərbi xidmətə çağırışla əlaqədar “Hərbi xidmət haqqında” əsasnaməyə yenidən baxıla bilər". Bunu Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, polkovnik Murad Həmidov APA-nın “12 illik ümumi təhsilə keçidlə bağlı hərbi xidmətə çağırış yaşı dəyişdirilə bilərmi” sorğusuna cavab olaraq bildirib. Qeyd edək ki, Təhsil Nazirliyində 12 illik ümumi təhsilə keçidin strukturu, məzmunu və bu məsələnin cəmiyyətə çatdırılması yolları barədə müzakirələr aparılır. Eyni zamanda, Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov bildirib ki, Azərbaycanda 12 illik təhsilə keçidlə bağlı qanunvericilikdə dəyişiklik ediləcək. Teqlər : #Müdafiə Nazirliyi: 12 illik təhsilə keçidlə bağlı Hərbi xidmət haqqında əsasnaməyə yenidən baxıla bilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ generalı Azərbaycanın döyüş təyyarələrinin təlim uçuşlarını izləyib Azərbaycan `Beynəlxalq ordu oyunları 2016`da iştirak edəcək
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'