Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı yeni məlumat yayıb 14 İyun 2019 09:31 Qarabağ xəbərləri Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı yeni məlumat yayıb. Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini 19 dəfə pozub. Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Mərzili, Cəbrayıl rayonunun Nüzgar kəndi yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Teqlər : #Müdafiə,#Nazirliyi,#cəbhədəki,#vəziyyətlə,#bağlı,#yeni,#məlumat,#yayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ermənistan Azərbaycan aviasiya vasitələrini zenit-raket kompleksi ilə vurmaq istəyib -VİDEO Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı açıqlanıb
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni