Müdafiə Nazirliyi cəbhdəki son vəziyyətlə bağlı məlumat yaydı

Müdafiə Nazirliyi cəbhdəki son vəziyyətlə bağlı məlumat yaydı

Sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan silahlə qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhə boyu yerləşən zonalarda yerləşə Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif müxtəlif çaplı artilirreya qurğularndan atəşə tutulub.
 
Trend-in məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov jurnalistlərə açıqlamasında deyib.
 
A.Eyvazov bildirib ki, düşmən tərəfi Tərtər rayonunun qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, füzuli rayonunun Xocuq Mərcanlı kəndinin intensiv atəşə tutması nəticəsində mülki əhali arasında həlak olan və yarlanan var: “Mülki infrastruktur obyektlərinə ciddi zərər dəyib. Ermənistan silahlı qüvaəlrinin atəş nöqtələri susdurulub. Mülki əlahtinin təhlükəsizliyini qorumaq üçün qoşunların əks-zücum əməliyyatına başdaması barədə qərar verilib.
 
Ermənistan silahlı qüvvələrinin ön xətdə və cəbhənin dərinliyində yerləşən obyektləri məhv edilib. Azərbaycan ordusunun bir döyüş helikopteri zədələnib, helikopter öz ərazimizə endirilib. Qloşunlarımız sürətli əks-hücum əməliyyatlarını davam etdirir”.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi sosial şəbəkə istifadəçilərini rəsmi olmayan, dəqiqləşdirilməyən, qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırıb.
 

Google+ WhatsApp ok.ru