MDB xarici işlər nazirlərinin toplantısı keçirilir

Bu gün Müstəqil Dövlətlər Birliyi (MDB) xarici işlər nazirlərinin Qırğızıstanın paytaxtı Bişkekdə toplantısı öz işinə başlayıb.
MDB İcraiyyə Komitəsinin saytı yazır ki, nazirlər sərhədyanı təhlükəsizliyin gücləndirilməsi və fövqəladə halların aradan qaldırılması ilə bağlı məsələləri müzakirə edəcəklər.
Cari il üçün Xarici İşlər nazirliklərarası məsləhətləşmə planı da müzakirə ediləcək.
İclasın sonunda birgə sənədin imzalanacağı da nəzərdə tutulub.  

Google+ WhatsApp ok.ru