Media eksperti MTRŞ-ya irad bildirdi

Qulu Məhərrəmli: `MTRŞ telekanalların yayımı məsələlərindən başlasaydı yaxşı olardı`

Milli Televiziya və Radio Şurası son vaxtlar kifayət qədər aktivləşib. Televiziyaların işləri ilə bağlı bir çox məsələlərə öz münasibətini və iradlarını bildirir. Amma bu televiziyalarda yayımlanan verlişlərin mövzu baxımından ciddi olaraq dəyişilməsinə təkan verə bilmir. MTRŞ ölkədə olan problemlərin müəyyən formada televiziya kanallarında verilməsi ilə bağlı da müəyyən təkliflərlə çıxış etməldir. Məsələn ölkədə narkomanların sayı rəsmi göstəricilərə əsasən 28 min nəfərdən artıqdır. Qeyri-rəsmi məlumatlar isə bundan dəfələrlə artıqdır. Bu kimi mövzularda social çarxların hazırlanması və digər maarifləndirci verilişlərin hazırlanması ilə bağlı da tövsiyələr verməlidir.
 
Maide.az-ın məlumatına görə, media eksperti Qulu Məhərrəmli deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, problemlər haqqında maariflәndirmә istiqamətinin işıqlandırılması çox önəmlidir: "Son vaxtlar MTRŞ öz səlahiyyətlərinin icrasına başlayıb. Qanunun ona verdiyi səlahiyyətlərdən istifadə edib tədricən lazım olan məsələlərə özünün münasibətini bildirir.
 
Amma mənə elə gəlir ki, bu maddi məsələlərdən daha çox telekanalların yayımı ilə bağlı məsələlərdən başlanılsaydı daha yaxşı olardı. Siyasi plüralizmdən tutmuş xəbər coğrafiyasına qədər olan sahələri televiziya kanalları əhatə etməlidir. Bu həm də sosial çarxların verilməsinə də aiddir.
 
Xüsusi ilə ictimai yayımda cəmiyyəti düşündürən problemlərlə bağlı sosial çarxların verilməsi vacibdir. Təəssüflər olsun ki, bütün bunlar bizim televiziyanın təcrübəsindən yoxa çıxıb.
 
Əlbәttə mən istərdim ki, MTRŞ bu məsələlərə də münasibət bildirsin. Arzu olunardı ki, problemlərin həllində bu məsələlər üstünlük təşkil etsin. Bu məsələlər tək narkomaniyaya aid deyil. İnsanlarda mərhəmət hissi azalır, sərt rəftar bir həyat tərzinə çevrilir, insanların düşüncəsində müəyyən məhdudiyyətlər var. Bu cür problemlərlә mübarizәnin maarifçilik baxımdan işıqlandırlması çox önəmlidir. Arzu edirəm ki, MTRŞ bu məsələyə də münasibət bildirsin".

Google+ WhatsApp ok.ru