Medianın hakimiyyətdən asılılığı artır

Azərbaycan Jurnalistlərinin Həmkarlar Ittifaqı Qeyri-Hökumət Təşkilatı 2015-ci ildə jurnalistlərin sosial vəziyyəti haqqında sorğunun nəticələrini açıqlayıb. Sorğu stabil fəaliyyəti və ictimai rəyə təsiri ilə səciyyələnən 50 KIV-i əhatə edib. Onlar arasında 25 gündəlik ümumrespublika qəzeti, 5 informasiya agentliyi, 5 onlayn portal, 10 həftəlik qəzet (7 regional və 3 ümumrespublika), 5 telekanal (3 regional və 2 ümumrespublika) var.

Sorğu KIV əməkdaşlarının aylıq gəlirləri, əmək münasibətlərinin rəsmi qeydiyyatı, tibbi sığortaya cəlb etmə məsələlərini və jurnalistləri ən çox narahat edən problemləri əhatə edib.

Hesabatda qeyd edilir ki, rəyi soruşulan KIV-lərin 97%-i əmək müqavilələri bağlayıb, amma ən yaxşı halda əmək müqavilələri jurnalistlərin orta hesabla 60%-ni əhatə edib. Əmək müqavilələri əksərən rəmzi xarakter daşıyır və real əmək haqqını və digər məsələləri əks etdirmir. Tibbi sığorta minimum səviyyədədir və yalnız 2 redaksiyada formal olaraq sığorta bağlanıb.

Jurnalistlərin əmək haqqının 15% artdığı qeyd edilir. Respondentlərin 93%-nin əmək haqqı ayda 500-600 manat təşkil edir, 5%-i 700-800 manat və daha çox, 2%-i 350-400 manat alır. Ümumrespublika qəzetlərində əmək haqlarının artırılması rəmzi olub. Burada jurnalistlərin əmək haqqı 250-350 manat arasındadır. Regionlarda qəzet müxbirləri 150-200 manat, televiziya müxbirləri 250-400 manat alırlar.

Vəziyyət acınacaqlıdır. “Turan”ın məlumatına görə, jurnalistlərin 40%-dən çoxunun redaksiya ilə əmək müqaviləsi var. Çox vaxt rəsmi olaraq redaktor, müavini və mühasibin işi rəsmi olaraq sənədləşdirilib. Yəni əksər KIV-lərdə redaksiyalarda fəaliyyət və münasibətlər qanun çərçivəsindən kənar, eyni zamanda qanunvericiliyin kobud şəkildə pozulması ilə qurulur. Qalan 60%-in əmək haqları lazımi sənədləşdirmə olmadan, vergilər ödənilmədən verilir. ACHI tərəfindən göstərilən əmək haqlarının isə yarısı rəsmi hissədən ibarətdir, qalan hissə isə “zərflərdə” verilir.

Bu gün çap və onlayn KIV-lərin gəlirləri aşağıdakılardan formalaşdırılır:

1.Pərakəndə qəzet satışı

2.Reklamlar

3.Prezident yanında KIV-ə Dövlət Dəstəyi Fondu

4.Qeyri-qanuni maliyyələşmə

1.Pərakəndə satış, demək olar, gəlir vermir. Gündəlik qəzetlər pərakəndə satış şəbəkəsi vasitəsilə gündə 20 nüsxədən 300 nüsxəyə qədər qəzet satır. “Azadlıq” və “Yeni Müsavat” qəzetləri istisnadır. Onlar, həmçinin büdcə qurumlarının və hakimiyyətin nəzarəti altında olan qurumların işçilərinin məcburi olaraq abunə yazıldığı rəsmi, habelə açıq-aşkar hakimiyyətyönlü qəzetlər gündə minlərlə qəzet satır. Onların tirajı bir neçə mindən 18 min nüsxəyə qədər dəyişir. Qəzetlər 0,40 manatdan satılır ki, bunun maksimum 0,20 manatı redaksiyalara qalır.

2.Reklam bazarı da KIV kimi inhisarlaşdırılıb və idarə olunur. Müstəqil və müxalif KIV-də reklam qeyri-rəsmi olaraq qadağan edilib. Reklamdan çox vaxt həm oliqarx (qeyri-formal təsisçi) tərəfindən KIV-ə leqal dəstək, həm də bütün loyal mediaya dəstək kimi istifadə olunur. Bütün bunlara baxmayaraq, Mətbuat Şurasının da etiraf etdiyi kimi, onlayn və çap mediasında reklam ildə 6-9 mln. arasında dəyişir. Ümumilikdə illik media reklam bazarı təxminən 80 mln. manat təşkil edir, onların təxminən 65 mln. manatı teleradio şirkətinin payına düşür. Əhalinin parametrlərinə və ÜDM-yə görə Azərbaycan Avropa ölkələrinin reklam bazarı həcminin standartlarından 10 dəfə geri qalır.

3.Təxminən 3 mln. manat büdcəsi olan Azərbaycan prezidenti yanında KIV-ə Dövlət Dəstəyi Fondu çap KIV-lərinin əsas donoru olaraq qalmaqdadır. Fond faktiki olaraq KIV üçün açıq donor kimi çıxış edir ki, bu da onları dövlətdən həddindən artıq asılı vəziyyətə düşürür. Fond haqqında Əsasnaməyə əsasən, onun vəzifələrinə KIV-in inkişafı və onun müstəqilliyinin təmin edilməsi üçün iqtisadi şərait yaratmaq daxildir. Amma 2009-cu ildən etibarən fond ictimaiyyətə belə bir konsepsiya təqdim etməyib ki, KIV-in müstəqilliyinin məhv edilməsi üzrə dövlət siyasəti çərçivəsində bunu edə bilməz. Prezident 2009-cu ildə yaradıldığı zaman və 2013-cü ildə idarə heyətinin yenidən seçilməsi zamanı iki dəfə fondun idarə heyətini təsdiq edib. Fond vasitəsilə prezident tərəfindən dəstəklənən jurnalistlərin mənzillərlə təmin edilməsi layihəsi həyata keçirilir. Bu çoxmənzilli ev 2013-cü ildə prezident seçkiləri ərəfəsində istismara verilmişdi və növbəti belə ev bu ilin parlament seçkiləri ərəfəsində jurnalistlərə təhvil veriləcək.

4.KIV-in qeyri-qanuni maliyyələşdirilməsi aysberqin görünməyən tərəfidir. Amma məhz o, medianın iqtisadi bazisidir. Oliqarxların şəxsində dövlət tərəfindən medianın qeyri-leqal maliyyələşdirilməsi 20 mln. manat hüdudunda dəyişə bilər. Buna sıravi KIV əməkdaşlarının rəsmi və qeyri-rəsmi əmək haqları arasındakı fərq və KIV rəhbərlərinə verilən çoxminlik paylar dəlalət edir. Bu maliyyələşmə əsasən “böyük neft” dövründə - 2000-ci illərin birinci yarısında tətbiq edilməyə başlayıb.

JHI-nin sorğusunu xülasə etsək, belə bir nəticəyə gəlmək olar ki, KIV-in dövlətdən asılılığı arıb, belə ki, əmək haqqının artırılmasını iqtisadi şəraitin yaxşılaşdırılması deyil, qeyri-leqal pul axınları ilə şərtlənib. 2014-cü ildə küçələrdə və metroda qəzet satışı qadağan edildiyi, qəzet köşklərinin sayı isə beynəlxalq standartlardan ciddi şəkildə geri qalmaqda davam etdiyi bir halda əmək haqları necə arta bilər? Mətbuat Şurasının məlumatına görə, 2014-cü ildə media reklam bazarında da azalma təmayülü olub. Indi, Azərbaycan dünyadakı təmayüllərlə əlaqədar olaraq böhran zolağına daxil olduğu bir vaxtda mətbuatın hakimiyyətdən asılılığının daha da artacağını proqnozlaşdırmaq olar, çünki o, Azərbaycan jurnalistlərinin yoxsulluqdan uzaq yaşamamasının yeganə mənbəyidir. Turan  /

Google+ WhatsApp ok.ru