Medvedevdən Azərbaycan meyvələrinə “yaşıl işıq” 06 May 2015 01:00 İqtisadiyyat Rusiya və Azərbaycanın fitosanitar xidmətləri müəyyən məhsul növlərinin gömrük nəzarəti nəticələrinin qarşılıqlı tanınması haqqında protokol imzalayıblar. Protokola əsasən, bir tərəfin apardığı yoxlama digər tərəfin gömrük xidməti tərəfindən də tanınacaq. Sənəd Azərbaycandan Rusiyaya aparılan diri ağaclar, bikilər və onların hissələri, güllər, göyərti, meyvələr, tərəvəzlər, fındıqlar, məhsullar və emal olunmuş məhsullar və digər qida məhsullarına şamil olunur. Protokol müəyyən qida məhsullarının Rusiya-Azərbaycan sərhədindən keçməsi zamanı gömrük prosedurlarının tezləşdirilməsi, həmçinin gömrük nəzarətinin effektivliyinin artırılması və Rusiya və Azərbaycan arasında ticarətin inkişafına kömək edəcək. Qeyd edək ki, protokol Rusiyanın hökumət başçısı Dmitri Medvedevin bu ilin aprelin 30-da imzaladığı sərəncama müvafiq olaraq imzalanıb. (oxu.az) Teqlər : #Medvedevdən Azərbaycan meyvələrinə yaşıl işıq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb Almaniyada dəmiryolçuların tətili “Deutsche Bahn” şirkətinə 220 mln. avro ziyan vurub