Mehman Hüseynov kassasiya şikayəti verib 29 İyun 2017 01:00 Hüquq Mehman Hüseynov barəsində hökmdən kassasiya şikayəti verilib. Vəkil Elçin Sadıqov deyib ki, kassasiya şikayətində müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər. Şikayət Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin icraatına verilib. Yaxın günlərdə şikayət üzrə məhkəmə iclası keçiriləcək. Qeyd edək ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev bloqger M. Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, bloqgerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib. Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M. Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Hökmdən verilə apellyasiya şikayəti təmin edilməyib. (apa) / Teqlər : #Mehman Hüseynov kassasiya şikayəti verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Vəkil: Gözəl Bayramlının ağrıları var Həbsxanada korrupsiya barədə yazan jurnalist “karsa” salınıb