Mehman Hüseynovun nədə ittiham olunduğu məlum olub - YENİLƏNİB

Mehman Hüseynovun nədə ittiham olunduğu məlum olub - YENİLƏNİB

 
«Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi-polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılır. Ondan guya bir nəfər şikayət edib. Həmin adam deyib ki, «Torqovı»da işə düzəlməyə gedərkən, yolda Mehman ona çiyni ilə toxunub. Bunun səbəbini soruşduqda onu söyüb. Sonra polis çağırıblar».
 
Bunu jurnalistlərə vəkil Elçin Sadıqov deyib. O bildirib ki, hələ Mehman Hüseynovla görüşə bilməyib: «Hakim polisə dedi ki, Mehman Hüseynovu vəkillə görüşdürün. Ancaq polis şərait yaratmadı».
 
Vəkil deyib ki, həmin maddə ilə Mehman Hüseynovu 30 sutka inzibati həbs və ya cərimə gözləyir. (azadliq.org)
 
11:24
 
Blogger Mehman Hüseynovun nədə ittiham olunduğu məlum olub.
 
APA-nın məlumatına görə, vəkil Elçin Sadıqov bildirib ki, M. Hüseynov hazırda Nəsimi rayon Məhkəməsindədir.
 
O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə ittiham olunur.
 
 
***
 
Dünəndən itkin düşən bloqqer Mehman Hüsyenov tapılıb.
 
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə vəkil Elçin Sadıqov məlumat verib.
 
O bildirib ki, M.Hüseynov Nəsimi RPİ 22-ci Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb və hazırda Nəsimi rayon məhkəməsinə aparılır. «Nəsimi polisindən dedilər ki, indi Nəsimi Rayon Məhkəməsinə aparıblar. Gedirəm ora»,-deyə vəkil yazır.
 
 
Onun nədə ittiham olunduğu açıqlanmayıb.
 
Qeyd edək ki, M.Hüseynovun qardaşının bildirdiyinə görə, ötən gün (9 yanvar) Həzi Aslanov küçəsi ilə Qoqol küçəsinin kəsişməsində kafedən çıxarkən 5-6 naməlum şəxs tərəfindən zorla tutulub və naməlum istiqamətə aparıldığı bildirilmişdi. 
 
Son vaxtlar bloqqer öz səhifəsində bir neçə villanın görüntülərini yayıb. O, həmin villaların nazirlərə, deputatlara məxsus olduğunu açıqlayıb. M.Hüseynovu daha öncə Bakı polisinə çağıraraq, ona sosial şəbəkələrdəki statusları ilə bağlı iradlar bildirilmişdi. 

 

Google+ WhatsApp ok.ru