Mehman Əliyev həbsdə qaldı

Mehman Əliyev həbsdə qaldı

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin barəsində seçilən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayətinə baxılıb.
 
Musavat.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda qərar elan edilib.
 
Qərara əsasən şikayət təmin edilməyib və M.Əliyev həbsdə qalıb.
 
Mehman Əliyev avqustun 25-də Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə çağırılıb.
 
Ona qarşı Cinayət Məcəlləsinin (CM) 213.1-ci (vergidən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittihamlar irəli sürülüb, barəsində cinayət işi başlanıb.
 
Avqustun 26-da isə M.Əliyevin barəsində CM-nin 192.2-ci (qanunsuz sahibkarlıq, eyni əməllər) maddəsi ilə ittiham irəli sürülüb.
 
Onun barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
 

Google+ WhatsApp ok.ru