Mehran sərhəddindən İraqın Nəcəf şəhərinə dördzolaqlı yeni magistral yol çəkiləcək

Mehran sərhəddindən İraqın Nəcəf şəhərinə dördzolaqlı yeni magistral yol çəkiləcək

Qum və Məşhəd şəhərləri maqistral yol vasitəsilə İraqın Nəcəf şəhərinə birləşəcək

Ərbəin zəvvarlarının gediş-gəlişini asanlaşdırmaq məsədilə İranın Mehran sərhəd-keçid məntəqəsindən İraqın Nəcəf şəhərinə  dördzolaqlı magistral yol çəkiləcək.  

 
Maide.Az xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Məhəmməd İslami deyib.
 
Onun sözlərinə görə, İraq ərazisində yeni çəkiləcək maqistral yolun uzunluğu 354 kilometrdir. "Hazırda bu yolun çəkilməsi ilə bağlı İraq tərəfi ilə razılıq əldə olunub və cari həftə ərzində iki ölkə arasında saziş imzalanacaq. Yeni yol mövcud iki zolaqlı yoldan əlavə çəkiləcək."
 
M. İslami deyib ki, yrni çəkiləcək maqistral yolun çəkilməsi ilə İranın müqəddəs ziyarətgahlarının (Qum şəhərində Həzrət Məsumənin (s) hərəmi və Məşhəd şəhərində İmam Rzanın (ə) hərəminin) Nəcəf şəhərində İmam Əlinin (ə) hərəminə birləşməsi üçün zəmin yaranacaq.
 
Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 8 oktybar tarixinə təsadüf edir.    

Google+ WhatsApp ok.ru