Meksika-ABŞ sərhədini qanunsuz keçməyə cəhd edən 800 miqrant saxlanılıb

Meksika-ABŞ sərhədini qanunsuz keçməyə cəhd edən 800 miqrant saxlanılıb

Təqribən 800 miqrant Meksika-ABŞ sərhədini qeyri-qanuni keçməyə cəhd göstərib.
 
Maide.Az “Report”a istinadla xəbər verir ki, bunu Meksika Miqrasiya Milli İnstitutunun direktoru Tonatiu Gilyen "Formula" radiosuna müsahibəsində deyib.
 
Bildirilir ki, qanun pozucularını Amerika hüquq-mühafizə orqanlarının əməkdaşları saxlayıblar.
 
"Televisa" telekanalının məlumatına görə, təxminən 400 nəfər Texas ştatının El-Paso şəhəri yaxınlığında ABŞ səlahiyyətlilərinə könüllü təslim olub.
 
Digərləri Meksikanın Tixuana şəhərində miqrantlar üçün yeni salınmış düşərgəyə göndərilib. Bəziləri evə dönməyə qərar verib.
 
Bundan əvvəl Meksika ABŞ-a keçmək istəyən miqrantların deportasiyasına başlayıb.

Google+ WhatsApp ok.ru