Meksika zəlzələsi: Dağılmış məktəbdə sağ qalanları tapmaq üçün yarış

Meksika zəlzələsi: Dağılmış məktəbdə sağ qalanları tapmaq üçün yarış

Artıq ikinci gecədir ki, dağılmış binalarda xilasetmə tədbirləri aparılır

Xilasedicilər Meksikanın şimalındakı zəlzələdə çökən bir məktəbin dağıntıları altında sağ qalanlara çatmaq üçün saata qarşı yarışır.
 
Artıq ikinci gecədir ki, xilasetmə əməliyyatları davam edir. Meksikanın cənubunda yerləşən Coapa rayonunda Enrique Rébsamen ibtidai məktəbinə xüsusi diqqət ayrılıb.
 
Sağ qalanlardan 13 yaşında qızın stolun altına sığındığına inanılır, rəsmilər BBC-ə bildirib. Bu qız çərşənbə günü dağıntılar arasından əlini tərpətdikdən sonra aşkar edilib.
 
Zəlzələ nəticəsində ibtidai məktəbin dağılmasilə 21 uşaq, 5 böyük həlak olub, bir çoxları itkin düşüb.
 
Təbii fəlakət nəticəsində azı 230 adamın öldüyü bildirilir.
 
Meksika prezidenti Enrique Peña Nieto qurbanların xatirəsinə üç günlük matəm elan edib.
 
Ordu və hərbi dəniz qüvvələrinin 500-dən çox üzvü, 200 polis məmuru və könüllülər xilasetmə əməliyyatlarında birgə işləyir.
 
Meksikanın hakimiyyət orqanları çərşənbə günü dağılmış binalardan bu günə qədər 52 adamın qurtarıldığını bildiriblər.
 
Şəhər başçısı Miguel Angel Mancera-nın sözlərinə görə, paytaxtda 39 bina dağılıb və axtarış qrupları onların demək olar ki hamısında sağ qalanlar üçün xilasetmə tədbirləri həyata keçirir.
 
Morelos əyalətində zərər görmüş Jojutla şəhərini ziyarət edən prezident Peña Nieto vətəndaşları xilasetmə əməliyyatlarına kömək etməyə çağırıb.
 
Hökumətin rəqəmlərinə görə, 7,1 bal gücündə olan zəlzələ nəticəsində ölənlərin sayı:
Paytaxt Mexiko 100 nəfər
Morelos ştatı 69 nəfər
Puebla ştatı 43 nəfər
Mexik ştatı 13 nəfər
Guerrero 4 nəfər
Oaxaca 1 nəfər
 
Polis vandalizm və yağmalamanın qarşısını almaq üçün zəlzələdən zərər görmüş bölgələrdə patrulların sayını artırıb.
 
Təsirə məruz qalan ştatların məktəbləri bazar ertəsinədək dərsləri dayandırıb.
 
Dünya ölkələrindən Meksikaya kömək təklifləri gəlib. El Salvador və Çili yardım etməyə söz verib. İsrail isə xilasetmə mütəxəssisləri göndərəcəyini bildirib.
 
Ağ Ev prezident Donald Trump-ın cənab Peña Nieto-ya zəng vurduğunu, axtarış və xilasetmə qrupları təklif etdiyini deyib.
 
Meksika zəlzələlər üçün heç də yad yer sayılmır. Bu ayın əvvəlində ölkənin cənubunda 8,1 bal gücündə zəlzələ azı 90 nəfərin ölümü ilə nəticələnib. (bbc) /

Google+ WhatsApp ok.ru