Meksikada ildırım futbolçuları vurdu, ölənlər var 28 İyul 2020 08:43 İdman Meksikanın qadın futbol liqasının paytaxt Mexikonun Tauak bələdiyyəsində keçirilən matçı faciə ilə başa çatıb. Bu barədə “Report” “Unversal”a istinadən xəbər verir. Bildirilir ki, ildırım iki idmançını vuraraq öldürüb, daha üç nəfərə xəsarət yetirib. Nəşrin məlumatına görə, oyun güclü yağış səbəbindən yarımçıq dayandırılıb. Lakin bu zaman 5 idmançı topu götürmək üçün meydançaya qayıdıb. Onlar qazonun üstünə çıxarkən ildırım futbolçuları vurub. Xəsarət alanlar xəstəxanaya çatdırılsalar da, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Teqlər : #Meksikada,#ildırım,#futbolçuları,#vurdu,#ölənlər,#var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İngiltərə çempionatının yeni mövsümü sentyabrda başlayacaq Çempionlar Liqası: Neymar qeyri-adi səbəbə görə final matçını buraxa bilər