Meksikada qasırğada 18-i uşaq olmaqla, 41 nəfər həlak olub

Meksikada qasırğada 18-i uşaq olmaqla, 41 nəfər həlak olub

 
Meksikanın 3 ştatında tropik "Erl" qasırğasının  qurbanlarının sayı 41-ə çatıb. Onlardan  18-i  yeniyetməlik yaşına çatmayan uşaqlardır. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə  Latın Amerikası ölkəsinin hökuməti xəbər yayıb.
 
Qurbanların çoxu  Puebla ştatındandır – 29 nəfər, daha 11-i Verakusda və 1 nəfər İdalqoda həlak olub. İnsanlar daha çox leysan yağşları nəticəsində yaranan torpaq sürüşməsi və dağıntılar altında qalmaqla həlak olub. Ekspertlər vurğbulayırlar ki, bir neçə gün ərzində olan qurbanların sayı 2014-2015-ci ildə eyni anda 10 qasırğanın baş verdiyi zaman həlak olanların sayından çoxdur. Qeyd edək ki, o zaman təbii fəlakət 33 nəfərin həyatına son qoymuşdu.
 
Meksika Milli Meteorologiya Xidməti ölkə sahillərinə yaxınlaşan yeni tropik Xavyer qasırğası barədə xəbərdarlıq edib. Proqnoza görə qasırğa  Xalisko, Nayarit, Sinaloa və Aşağı Kaliforniya ştatlarını cənginə alacaq. /

Google+ WhatsApp ok.ru