Meksikada qeyri adi dini bayram - Video

Meksikada  əcaib ənənələri ilə qeyri adi dini bayram keçirilib.
Maide.az-ın Beynəlxalq KİV-lərə istinadən məlumatına görə, Meksika sakinləri kilsələrə öz ev heyvanlarını gətirir və onların sağlamlığı üçün dua edirlər.
Məlumata əsasən, Meksikalılar beləliklə Müqəddəs Fransiska Assizskinin bayramını qeyd edirlər. 13-cü əsrdə katolik müqəddəs Fransiska Assizski təkcə məzlumların himayədarı kimi yox, həmdə heyvanların qoruyucusu kimi yaddaşda qalıb. Katolik dünyası Fransiskanı müqəddəsləşdirdikdən sonra o, heyvan və quşların himayədarı hesab olunur.  
Bu bayramda Meksikalılar öz heyvanları üçün Allahdan sağlamlıq və uzun ömur istəyirlər.  //

 

Google+ WhatsApp ok.ru