Meksikada çörək zavodunda partlayış baş verib

Meksikada çörək zavodunda partlayış baş verib

Qaz çənində baş verən partlayış Meksikanın cənubundakı Oaxaka ştatındakı San-Martin-Meksikapam rayonunda bir çörək zavodunu tamamilə məhv edib.
 
Hadisə nəticəsində bir uşaq da daxil olmaqla ən az 11 nəfər ağır yaralanıb.
 
Məlumata əsasən, yaralılar xəstəxanalara və yaxınlıqdakı tibb müəssisələrinə aparılıb.
 
 Hakimiyyət orqanları bələdiyyə və regional polis işçiləri də daxil olmaqla 100 nəfəri axtarış-xilasetmə işlərinə cəlb edib. /Trend
 

Google+ WhatsApp ok.ru