Meksikada son yeddi ayda 9 jurnalist öldürülüb 01 Avqust 2017 01:00 Dünya 2000-ci ildən etibarən ölkədə KİV-in 120 əməkdaşı öldürülüb, 20-si itkin düşüb Meksikada son yeddi ayda 9 jurnalist öldürülüb. “Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, ötən gün “Aşağı Kaliforniya ştatının Rosarito şəhərində CNR telekanalının reportyoru Luçano Rivera güllələnərək qətlə yetirilib. Yerli bələdiyyənin İctimai təhlükəsizlik idarəsindən bildirilib ki, Rivera gecə klublarından birində ziyarətçilərlə mübahisə zamanı öldürülüb. Cinayəti törədənlər hadisə yerindən qaçıblar. Onlar taksiyə oturaraq Meksika-ABŞ sərhədinə doğru hərəkət ediblər. Taksi sürücüsü saxlanılıb və avtomobildən odlu silah aşkar olunub. Rivera bu il öldürülən 9-cu jurnalistdir. Bir müddət əvvəl oğurlanan Salvador Adam adlı jurnalistin yandırlımış meyitinin qalıqları aşkar olunub. Sinaloa ştatının Kuliakan şəhərində narkotik maddələrin satışı işıqlandıran Xaver Valdes də qətlə yetirilib. Meksika Jurnalist Cəmiyyətinin məlumatına görə, 2000-ci ildən etibarən ölkədə KİV-in 120 əməkdaşı öldürülüb, 20-si itkin düşüb, təxminən 50 dəfə informasiya vasitəsinin yerləşdiyi binaya hücum edilib. / Teqlər : #Meksikada son yeddi ayda 9 jurnalist öldürülüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bəhreyn təhlükəsizlik qüvvələri etirazçılara hücum edib Hindistanda ildırım 35 adamı öldürdü
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO