Meksikada yüzlərlə polis və hərbçi şiri axtarır

Meksikada yüzlərlə polis və hərbçi şiri axtarır

 
Mexiko ştatının hakimiyyət orqanları çərşənbə günü Valye-de-Bravo bələdiyyəsində pişikkimilər ailəsindən olan iri heyvanın (onun şir olduğu təxmin edilir) axtarışı üzrə genişmiqyaslı əməliyyata başlayıb.
 
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Milenio” qəzeti bildirib.
 
Qeyd edilir ki, əməliyyata ətraf mühitin mühafizəsi üzrə idarənin əməkdaşları nəzərə alınmadan 250 hərbi və polis işçisi cəlb edilib.
 
Yırtıcının axtarışı yalnız quruda deyil, həm də pilotsuz aparatlar vasitəsilə səmadan aparılır. Daha əvvəl çərşənbə günü yerli hakimiyyət orqanları yırtıcının hücum təhlükəsinə görə 13 məktəbdə dərsləri ləğv edib və sakinləri xüsusi ehtiyac olmadan evlərini tərk etməməyə çağırıb.
 
"Biz onu tutmayınca, Valye-de-Bravo məktəblərində dərslər yenilənməyəcək", - deyə “Formula” radiostansiyasına müsahibəsində bələdiyyə administrasiyasının başçısı Maurisio Osorio bildirib.
 
Martın 1-də Valye-de-Bravoda yırtıcının qurbanı olmuş taksi sürücüsünün meyiti tapılıb. 
 

Google+ WhatsApp ok.ru