Meksikada zəlzələdən sonra bir milyona yaxın ev elektrik enerjisiz qalıb

Meksikada zəlzələdən sonra bir milyona yaxın ev elektrik enerjisiz qalıb

-- güclü zəlzələdən sonra 200-ə yaxın təkrar yeraltı təkanlar qeydə alınıb.

Meksikada güclü zəlzələdən sonra bir milyona yaxın ev elektrik enerjisiz qalıb.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bu barədə Meksikanın elektrik enerjisi üzrə federal komissiyanın baş direktoru Hayme Ernandes deyib.
 
O, bildirib: "Yerli vaxtla saat 19:00 görə bildirirəm ki, paytaxt Mexiko şəhərində, Mexiko, Oaxaka, Herrero və Morelos ştatlarında 998 min yaşayış evinə və ticarət obyektinə elektrik enerjisinin verilməsində problem yaranıb".
 
Qeyd edək ki, bu gün Meksikanın Oaxaka ştatında 7,2 bal gücündə zəlzələ baş verib.
 
Meksikada baş verən güclü zəlzələdən sonra 200-ə yaxın təkrar yeraltı təkanlar qeydə alınıb.
 

 

Google+ WhatsApp ok.ru