Meksikada zəlzələ zamanı ölənlərin sayı artıb, xəsarət alanlar var

Meksikada zəlzələ zamanı ölənlərin sayı artıb, xəsarət alanlar var

Meksikanın cənubundakı Oahaka ştatında baş verən 7,5 maqnitudalı zəlzələ zamanı ölənlərin sayı 5 nəfərə çatıb.
 
Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.
 
Bildirilir ki, təbii hadisə zamanı 30-dan çox insan xəsarət alıb. Respublikanın İctimai Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi Nazirliyi zəlzələ nəticəsində 4 nəfərin öldüyünü açıqlayıb. Oahaka ştatının qubernatoru Alexandro Murat isə beşinci şəxsin ölümü barədə bildirib. 
 
Qeyd edilir ki, ölüm hadisələrinin hamısı zəlzələ episentrinin yerləşdiyi Oahaka ştatı ərazisində qeydə alınıb. Meksikanın Mülki Müdafiə İdarəsi də öz növbəsində 30-dan çox xəsarət alanın olduğunu bildirib. 
Məlumata görə, yeraltı təkanlar ölkənin cənubundakı 5 xəstəxanaya ciddi zərər vurub. Bundan əlavə, paytaxtın iki tibb mərkəzinin binalarında çatların yaranması xəbər verilib. 
 

Google+ WhatsApp ok.ru