Mercedes populyar avtomobillər arasında liderdir

Dövlətstatkom minik avtomobilləri markalarının sayının dinamikasını açıqlayıb. Bütün avtomobil istehsalçıları Azərbaycanda satışını azaldıb.
 
2014-cü ildə ölkədə minik avtomobillərinin ümumi sayı  51318 ədəd artıb. Buraya istehsalçıların tədarükü ilə yanaşı, işlənmiş avtomobillərin idxalı da daxildir.
 
Ciddi azalmaya baxmayaraq, 2014-cü ildə avtomobil idxalının beşdə biri Koreyanın  Hyundai və KİA konsernlərinin payına düşür. İl ərzində ölkənin avtomobil parkına 6110 Hyundai və 3624 KİA daxil olub. Yanvarın 1-i üçün ölkədə 57 961 Hyundai, 29 059 ədəd KİA avtomobili olub.
 
DSK-ya görə, 2014-cü ildə də Mercedes ən populyar avtomobil olub. Onların sayı 11 767 ədəd artıb. Azərbaycanda Toyota və Nissanların sayı 5034 və 3511 ədəd artıb.
 
2014-cü ildə tədarük sayına görə liderlər sırasında Opel – 2875, Wolkswagen – 1626,  BMW – 1300 və s var.

Google+ WhatsApp ok.ru