Merkel Almaniyanın Suriyada hərbi əməliyyatlarda iştirak etməyəcəyini bildirdi

-- Almaniya burada hərbi iştirak etməyəcək

Almaniya kansleri Anqela Merkel Danimarka Baş naziri Lars Lekke Rasmussenlə ilə birgə keçirdiyi mətbuat konfransında ölkəsinin Süriyaya mümkün olacaq hərbi əməliyyatda iştirak etməyəcəyini açıqlayıb.   

Maide.Az "eastnews“-a istinadən xəbər verir ki, "Almaniya burada hərbi iştirak etməyəcək”, - deyə Merkel bildirib.  

 O, həmçinin, Qərb ölkələrini Suriyadakı kimyəvi hücumlara cavab vermək üçün koordinasiyada fəaliyyət göstərməyə çağırıb.   

Xatırladaq ki, bir müddət öncə məlum olub ki, Britaniyanın Baş naziri Teresa Mey Suriya əməliyyatında ölkəsinin iştirakı məsələsini müzakirə etmək üçün Nazirlər Kabinetinin toplantısını keçirəcək. 

Google+ WhatsApp ok.ru