Merkel Almaniya parlamentində Allah sözünə and içdi- Foto

Merkel Almaniya parlamentində Allah sözünə and içdi- Foto

-- Almaniyanın yeni dövləti iki partiyadan ibarət koalisiya hökumətidir

Angela Merkel özünün dördüncü dəfə Almaniyanın Federal Kansleri seçilməsi mərasimində parlamentdə “ALLAH” sözünə and içdi.
 
Maide.Az "İQNA"-a istinadən xəbər verir ki, cari həftənin birinci günü, 12 Mart 2018-ci il, Almaniyanın parlamentində keçirilən bu mərasimdə Angela Merkel dördüncü dəfə Federal Kansler olmaq üçün and içdi.
 
O, and içən zaman “ALLAH mənə kömək olsun” (almanca: “so wahr mir Gott helfe”; ingiliscə: “so help me God”) cümləsindən istifadə edib.
 
Həmin mərasimdə müvafiq səs qazanaraq and içən digər nazirlər də and içiblər, amma SPD (sosial demokrat) partiyasının digər üç naziri isə and içmə mərasimində bu cümlədən istifadə etməyiblər.
 
Almaniyanın yeni dövləti iki partiyadan (xristian demokrat və sosial demokrat) ibarət koalisiya hökumətidir. Buna görə də nazirlərin üç nəfəri social demokrat partiyasından seçilir.
 
Angela Merkel məzhəbi, mühafizəkar və ənənəviçiliyi qoruyan Xristian Demokrat partiyasının üzvüdür. Bu partiyanın üzvləri ümumi qaydanın əksinə olaraq andiçmə mərasimində öz əqidələrinə uyğun olaraq Allaha da and içirlər. Sosial demokrat partiyasının üzvləri isə dinsiz olmasalar da məzhəbi məsələlərə əhəmiyyət vermirlər və liberaldırlar.    
 

Google+ WhatsApp ok.ru