Messi `Barselona` - `Eybar` matçında poker edib - VİDEO 20 Sentyabr 2017 01:00 İdman Görüş kataloniyalıların 6:1-lik üstünlüyü ilə başa çatıb "Barselona" futbol üzrə İspaniya çempionatının V turunda "Eybar"ı darmadağın edib. Barselona şəhərinin "Kamp Nou" stadionunda keçirilən görüş ev sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatıb. Kataloniya komandasının heyətində Lionel Messi poker edib, digər iki qolu Denis Suares və Paulinyo vurub. Qonaqların yeganə qoluna Serxi Enriç imza atıb. "Barselona" bu qələbədən sonra xallarının sayını 15-ə çatdıraraq turnir cədvəlinə liderliyini davam etdirir. "Eybar" 6 xal ilə 13-cü mövqedə qərarlaşıb. (report) / İspaniya - Primyera. 5-ci tur "Barselona" – "Eybar" - 6:1 1:0 – Messi – 20 (pen), 2:0 – Paulinyo – 38, 3:0 – Suares – 53, 3:1 – Enriç – 57, 4:1 – Messi – 59, 5:1 – Messi – 62, 6:1 – Messi – 87. Teqlər : #Messi `Barselona` `Eybar` matçında poker edib VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çempionlar Liqasında ilk turun ən yaxşı qolları müəyyənləşib UEFA Peşəkar Futbol Liqaları ilə əməkdaşlığa razılıq verib