Metro istifadəçiləri üçün YENİLİK

Metro istifadəçiləri üçün YENİLİK

- telefon, planşet kimi avadanlıqları enerji ilə doldurmaq mümkün olacaq

Bakı Metropoliteninə məxsus yeni qatarlarda telefon, planşet kimi avadanlıqları enerji ilə doldurmaq mümkün olacaq.
 
Maide.Az bildirir ki, bu barədə metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
 
Onun sözlərinə görə, yeni qatarların hər vaqonunda 16 ədəd USB portu var.
 
Qeyd edək ki, Azərbaycan Rusiyanın "Metrovaqonmaş" şirkətinin "81-765/766" modelində 5 vaqondan ibarət iki metro qatarını alıb.
 
"Metrovaqonmaş" şirkəti 1967-ci ildən "Bakı Metropoliteni" QSC-ni vaqonlarla təmin edir. Hazırda "Bakı Metropoliteni"ndə bu şirkətin istehsalı olan 280 vaqon var. Sonuncu dəfə 2015-ci ildə Bakıya "81-760.B/761.B/763.B" modelində hər birində 5 vaqon olmaqla, 3 qatar gətirilib.
 

Google+ WhatsApp ok.ru