Metro bağlandı: terminal problemi belə həll ediləcək

Metro bağlandı: terminal problemi belə həll ediləcək

Son günlər Azərbaycanda yeni tip koronavirusa (COVİD-19) yoluxma hallarının kəskin artması bir sıra qabaqlayıcı tədbirlərin görülməsinə, eyni zamanda metronun bağlanmasına səbəb oldu. Metronun fəaliyyətinin dayandırılması burada yerləşən terminallardan istifadəni də mümkünsüz edib və beləliklə paytaxtda terminalların çatışmazlığı problemi gündəmə gəlib.

 
  Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, daha əvvəl metro bağlananda BNA və Bakı Metropoliteni rəhbərləri arasında görüş keçirilmişdi və məsələnin operativ həlli üçün qərarlar qəbul olunmuşdu:  
 
“Qərara əsasən, sərnişin tələbatı yüksək olan istiqamətlərdə, metrostansiyalarda vestibüllər yalnız terminallardan istifadə üçün açılmışdı. Bu dəfə də eyni qayda tətbiq olunacaq və həmçinin sərnişin tələbatı olan metrostansiyaların vestibülləri ödəmə terminalları üçün açılacaq. Bilirsiniz ki, ödəmə terminallarının böyük qismi məhz metrostansiyaların vestibül hissələrində yerləşir. Ona görə də bu məsələnin həlli üçün qərara gəldik ki, vestibüllər açılsın, sərnişinlər terminallardan rahat şəkildə istifadə edə bilsinlər”.
 

Google+ WhatsApp ok.ru