Metroda “bomba” həyəcanı...

Bakıda metroya bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 24-də saat 01.45 radələrində naməlum şəxs "102” xidmətinə zəng edərək ""28 May” stansiyasının yanına bomba qoymuşuq” deyə bildirib.
 
Dərhal həyata keçirilmiş tədbirlər nəticəsində məlumat təsdiqini tapmayıb.
 
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yalan məlumatı verən şəxs, Mingəçevir şəhər sakini, 32 yaşlı Taleh Səfərov metronun "28 May” stansiyasının yaxınlığında tutulub.
 
Onun sərxoş halda olması müəyyən edilib.  /

 

Google+ WhatsApp ok.ru