Metrodan yeni xəbər var

“Bakı Metropoliteni" QSC stansiyalarda reklam lövhələrinin bərpasına başlayıb.
 
QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, bütün stansiyalarda reklam lövhələri asılacaq. Hələlik lövhələr müəyyən olunmuş yerlərdə quraşdırılır. Onlar əvvəlkilərdən fərqli olaraq daha böyük və işıqlıdır. Lövhələr avtomatik tənzimlənən LED işıqları ilə təchiz edilib.
 
Nəsimi Paşayev deyib ki, lövhələrin asılması işləri mərhələli şəkildə aparılır.

Google+ WhatsApp ok.ru