Metroda polis və sərnişinlər arasında mübahisə yaranıb

Metroda polis və sərnişinlər arasında mübahisə yaranıb

Bakı Metropoliteninin “Qara Qarayev” stansiyasında polis əməkdaşları ilə sərnişinlər arasında insident baş verib.
 
Maide.Az “Report”a istinadla xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video yayılıb.
 
İki polis əməkdaşının sərnişinlərdən biri ilə mübahisə edərək, onu vaqondan çıxarmağa çalışması qatarın hərəkətinin gecikməsinə səbəb olub.
 
İlkin məlumata görə, sərnişin platformada olarkən tibbi maskadan istifadə etmədiyi üçün polis ona irad bildirib və mübahisə bu səbəbdən yaranıb.
 
Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) “Report”a bildirilib ki, sözügedən videogörüntülərlə bağlı araşdırma aparılır.

Google+ WhatsApp ok.ru